Аудиокнига Tütək səsi

  • Tütək səsi слушать
  • Tütək səsi
    Автор: İsa Muğanna
    • 1
      001
Povestdəki hadisələr II Dünya Müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər.Yazıçı burada müharibə illərinə nəzər salır və insan amilinə geniş yer ayırır, insanın yaşamaq arzusu ac qalmamaq, ölməmək fikri ilə təhdid edilir. Əsərin məhz belə bir qorxunc təhkiyə ilə başlaması sujetin sonrakı mərhələlərində də insanın mövcudluq uğrunda aparacağı mübarizəyə işarə edir: «_ Əppək… əppə-ək.. əp-pəək… – aradan uzun illər keçməsinə baxmayaraq, bu uşaq səsi qulaqlarımdan getmir. Bu mənim qardaşımın səsidir. Onu dinləyə-dinləyə mən illəri adlayıb keçmişə qayıdıram 1942-ci ilin hələ əsgərlik yaşı çatmamış vətəndaşı oluram» Lakin yazıçının məqsədi heç də müharibə dəhşətlərini göstərmək olmamışdır, onun insanların mənəvi aləminə gətirdiyi bəlaları, kataklizmləri təsvir etməyə çalışmışdır. Yazıçı iki oğul anası Söylünün müharibəyə gedən ərinin ölüm kağızını aldıqdan sonra Cəbrayılla evləndikdən sonra ailəyə gətirdiyi faciəni əks etdirir. Tapdıqla Cümrü işdən evə gələrkən qapının bağlı olduğunu görürlər. Rəngi ağaran Cümrü «yəqin anam özünü öldürüb» deyə fikirləşir, lakin baş vermiş hadisəni dərk etdikdə qardaşlar baltanı götürüb evə hücuma keçirlər: «Mən Məlikin sözünü kəsib xəbər aldım ki, – Bəs bu qapı-baca niyə bu kökdədi? Cümrü eləyib? – Bə kim eliyəcəydi? Baltanı götürdü, cumdu qapıya. Bu yandan da Tapdıq gəldi, bir balta da o götürdü. Bax o qıraqdakı Stavnya qopub düşəndə mən lap birtəhər oldmuşdum, Nuru. Bu yandan ataları belə getdi, bu yandan da indii girib içəridə analarının meyitini görəcəklər». Beləliklə, mühitin yaratdığı vəziyyət insana münasibəti dəyişir, yazıçı müharibəni başlayan alman faşistləri ilə kənardan kəndə girib kolxoz sədri olan Cəbrayılı eyni tutur....