Alber Kamünün 1942-ci ildə yazdığı “Yad” romanı” son dərəcə soyuq, ağrısız cümlələrlə başlayır, burada dərhal iki qat nəzərə çarpır: birincisi-elə bil, baş verən hadisəyə laqeyd adamın danışığını eşidirik, ikincisi-elə bil ki, baş verən hadisənin təsirindən hətta səsini itirmiş insanın iniltisi eşidilir. Mətn belə başlayır: “Bu gün anam ölüb”. Bəlkə, dünən olub bu, xəbərim yoxdur. Qocalar evindən teleqram gəlmişdi: “Anan vəfat etdi. Dəfn sabahdır. Dərin hüznlə başsağlığı veririk”. Bilmək olmaz, bəlkə, deyirəm dünən ölüb. Qocalar evi Əlcəzairdən səksən kilometr aralıda, Marenqoda yerləşir. Saat ikidə yola düşən avtobusa minərəm, hələ hava qaralmamış orada ola bilərəm. Şefdən ikigünlük məzuniyyət istədim, o, sadəcə, etiraz edə bilmədi, çünki səbəbi ölümdür. Kamününona şöhrət gətirən birinci və ən mükəmməl romanı olan “Yad” birinci şəxsin – heç bir hərəkəti ilə gözə dəyməyən çox adi insan olan Mersonun dilindən “sıxılmış bir dildə” nəql edilir. Belə bir təhkiyə mövqeyi dünya nəşrində orijinal hadisədir, adı çəkilən qəhrəman dağınıq və izaholunmaz şəkildə qətl törədir, bir ərəbi öldürür, tutulub mühakimə olunur və edam cəzasına məhkum edilir.