Аудиокнига Kazanova

Другие озвучки:
Kazanova в исполнении Sərdar Rüstəm
Версия для чтения:
Kazanova читать онлайн
  • Kazanova слушать
  • Kazanova
    Автор: Стефан Цвейг
    • 1
      001
"Kazanova" adlı bioqrafik hekayə Sveyqin «Öz nəğməsini oxuyanlar» kitabındakı üç hekayədən biridir. Kitabdakı digər hekayələr Stendal və Tolstoy haqqındadır. Məşhur avantürist və arvadbaz Cakomo Kazanova ilə bəşəriyyətin mənəviyyat sərhədlərini genişləndirmiş Stendal və Tolstoyu birləşdirən ümumi bir cəhət var: hər üçü özləri haqqında amansız etirafların müəllifidir. Bütün həyatını eyş-işrətə xərcləyən yaraşıqlı bir kişi olan Cakomo Kazanova yaşlandıqdan, zahiri göstəricilərini itirdikdən sonra lazımsız əşya kimi bir kənara atılır, əvvəlki şöhrətini itirməyə başlayır, qadınlar və dostları ondan üz döndərir, bir neçə ölkədən qovulur. Nəhayət öz vətəni İtaliyada bir qrafın himayəsi altında sığınacaq tapır və burada son illərini yaşayır. Yalnız ömrünün sonunda bu qeyri-adi insan elə bir iş görür ki, özü öz əli ilə adını tarixə, əbədiyyətə yazmış olur. Kazanova iradə və cəsarət nümunəsi göstərərək başına gələn bütün əhvalatları tam çılpaqlığı ilə qələmə alır. 12 cilddən ibarət «Xatirələrim» adlı kitab yazır. Özünü tarixin qaranlıqları içərisində unudulmaqdan beləcə xilas etmiş olur. Cakomo Kazanovanın həyatı neçə-neçə əsərə mövzu olub, haqqında filmlər çəkilib. Stefan Sveyqin «Kazanova»sı bu insanın xarakterini dərindən tanımaq üçün ən yaxşı qaynaq hesab olunur.