Аудиокнига Gözlənilən bir qətlin tarixçəsi

  • Gözlənilən bir qətlin tarixçəsi слушать
  • Gözlənilən bir qətlin tarixçəsi
    Автор: Габриэль Гарсиа Маркес
    • 1
      001
Gözlənilən bir qətlin tarixçəsi (isp. Crónica de una muerte anunciada) – Qabriel Qarsiya Markesin 1981-ci ildə nəşr olunmuş romanıdır. Roman 21 yaşlı ərəb mənşəli kolumbiyalı gənc Santyaqo Nasarın qətlindən bəhs edir. Əhvalat şəhərə 27 il sonra bu hadisəni araşdırmaq üçün qayıdan müəllif tərəfindən nəql edilir. Santyaqo Nasar səhər saat 5:30-da yuxudan durub, şəhərə gəmi ilə gələn yepiskopu görməyə hazırlaşır. Santyaqo keçən gecə bütün şəhər əhlinin iştirak etdiyi Bayyardo San Roman ilə Anxela Likarionun toyundakı sərxoşluqdan sonra süstlük keçirir. Evdən çıxmazdan qabaq, o anası Plasido Lineroya gecə gördüyü yuxusunu danışır. Yuxuda Santyaqo əncirlikdə gəzişdiyini görür. Yuxuda ağacları görmək pis əlamətdir, ancaq Plasida Linero, təcrübəli yuxuyozan olmağına baxmayaraq, buna fikir vermir. Santyaqo şəhər sakinləri ilə birlikdə yepiskopu qarşılamaq üçün limana yola düşür. Şəhərlilərin çoxusu özləri ilə xoruz aparır, çünki deyildiyi kimi yepiskopun ən çox sevdiyi xörək xoruz pipiyindən bişirilmiş şorbadır. Gözlənildiyinin əksinə, yepiskopun gəmisi limanda dayanmır, və o sadəcə göyərtədə durub, sakinlərə əl eləyir. Yeni evlənmiş Anxela Vikarionun qardaşları, Pedro və Paolo da limana gəlir. Onlar Santyaqonu öldürmək niyyətindədir. Bundan sonra ötən gecə keçən toy təsvir edilir. Toydan sonra Bayyardo və Anxela yeni evlərinə gedir, ancaq Bayardo Anxelanı bakirə olmadığını aşkar edib, onu valideyinlərinin evinə qaytarır. Pablo və Pedro ondan «„ismətinin“» kim tərəfindən pozulduğunu soruşur və Anxela, Santyaqo Nasarın adını çəkir. Qardaşlar ailənin namusunu bərpa etmək üçün, Santyaqonu öldürmək qərarına gəlirlər. Onlar şəhəri gəzib, Santyaqonu öldürmək üçün axtardıqlarını hamıya deyirlər. Göründüyü kimi onlar gizlicə Santyaqonun hazırlanan qətl haqqında xəbər alıb qaçmasına ümid edir. Ancaq şəhər sakinlərinin heç biri qardaşların Santyaqonu öldürmək niyyətini ciddi qəbul etmir və beləliklə, Santyaqonu xəbərdar edən olmur. Polis Vikario qardaşlarının əlindən bıçaqları alıb, onları yatmağa göndərir. Ancaq onlar evdən başqa silah götürüb, saat 4:30-da Santyaqonun evinin qabağındakı dükanda oturub, onun yepiskopu qarşılamaq üçün çıxmasını gözləyirlər. Santyaqo arxa qapıdan çıxır və qardaşlar onu axtarmaq üçün limana yollanırlar. Bundan sonra Santyaqonun ölümündən sonrakı onun meyitinin yarılması təsvir edilir. Onun daxili orqanlarının Vikario qardaşlarının yetirdiyi çoxsaylı bıçaq zərbələrindən təmamilə məhv edildiyi bildirilir. Qardaşlar girov ödəmək üçün pulları olmadığından, istintaqın sürdüyü üç ili həbsdə keçirməli olur. Onlar Santyaqo öldürdüyünü boyunlarına alır, ancaq bunu namus üstündə etdiklərini irəli sürərək, özlərinin günahsız olduğunu bildirir. Məhkəmə onlara bəraət qazandırır. Santyaqonun ölümündən sonra Anxela anası ilə başqa şəhərə köçür. Anxela Bayyardo San Romanı sevdiyini aşkar edir və ona uzun illər boyu sevgi məktubları yazır, ancaq heç bir cavab almır. Nəhayət, illər sonra Bayyardo onun yanına qayıdır və Anxelanın iki minə yaxın açılmamış məktubunu göstərir. Roman Santyaqonun öldürülməsinin təsviri ilə bitir. Yepiskop gedəndən sonra, Santyaqonun qətlinin hazırlaşdığını bilən şəhər sakinləri onun evinin qabağındakı meydana yığışır. Santyaqo nişanlısı Flora Migelin evinə gəlir və burada Floranın atası Vikario qardaşlarının Santyaqonu öldürmək istədiyini ona deyir. Çaşmış Santyaqo buna tam olaraq inanmır və evinə yollanır. O meydana çatanda, dükanın sahibəsi Klotilde Armenta onu evə qaçmağa səsləyir, ancaq Plasida Linero səhvən oğlunun artıq içəridə olduğunu düşündüyündən, həyət qapısının cəftəsini bağlayır. Santyaqo içəri girə bilmir və Vikario qardaşları onu bıçaqlayıb öldürürlər