Аудиокнига Yad qızı

  • Yad qızı слушать
  • Yad qızı
    Автор: Орхан Кемаль
    • 1
      001
Yad Qızı romanı, XIX – XX əsrin əvvələrində, Osmanlı dövlətinin yenicə çökdüyü və inqilabi əhval ruhiyyənin yüksək olduğu dönəmdə ailə-məişət yaşamını təsvir edir. Əsərin baş qəhrəmanı Nazan təhsilsiz, evinə, yoldaşına, oğluna və ən əsası zamanın qayda-qanunlarına, ədalətsiz cəmiyyətin qanunlarına tabe bir insandır. Vəkil yoldaşı Məzhəri çox sevsə də, qayınanasının qorxusu ucbatından sevgisini göstərməkdən çəkinir. Gün ərzində yalnız qulluqçu kimi ev işlərini Nazan zamanla ərinin özündən uzaqlaşmasına səbəb olur. Məzhər, yoldaşının bu halını görür və klub qadını olan Jaləyə könül verir. Jalə yüngül əxlaqlı qadın olsa da, Nazanın halına acıyır və onun evdən qovulmasına səbəb olan qayınanasına qarşı amansız davranaraq onun özünün evdən uzaqlaşmasına müvəffəq olur. Əri tərəfindən küçəyə atılan Nazan nə edəcəyini, hara gedəcəyini bilməyərək saflığını kimsəsiz küçələrdə itirir. Ətrafdakıların ağır baxışları altında əzilən qadın öncə təcavüzə uğrayır, ardından dost dediyi insanın ucbatından həbsə düşür və həbsdə yüngül həyat keçirməyə başlayır. Sağlamlığı məhv olur. Həbsdən çıxdıqdan sonra isə artıq həyatda tutuna bilməyərək intiharı seçir. Kitab ailə-məişət mövzusunda yazılan ən yaxşı romanlardan biridir.