Qumarbaz (rus. Игрок) – Fyodor Dostoyevskinin gənclik illərini, dramatik eşq və qumar ehtirasını ən çılpaq halı ilə qələmə aldığı əsərlərindən biri. İlk böyük romanı olan və geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanan «Cinayət və cəza»dan sonra nəşriyyat ilə imzaladığı müqaviləyə əsasən yazıçı bu romanı vaxtında yazıb bitirə bilmək üçün stenoqraf tutmaq məcburiyyətində qalmışdır («Qumarbaz» romanını 25 gün içərisində təhvil verməyəcəyi təqdirdə o, sonra yazacağı romanlara görə hər hansısa qonorar tələb edə bilməyəcəkdi). Sonralar F.Dostoyevski özündən xeyli gənc olan bu stenoqraf xanımla – Anna Qriqoryevna ilə evlənmişdir. Roman 25 gündə tamamlanmışdır.