Yazar bu əsərində insanın varlıq və yoxluq arasındakı tərəddüdünün dərinliyinə enərək ortaya çıxan vəsvəsənin fəlsəfi və psixoloji prinsiplərini incələyir. Xoşbəxtlik və bədbəxtlik arasında dillemada ilişib qalan insanoğlunun nə edirsə etsin tragediyadan qaça bilməyəcəyinə deyinir. Köçəri həyat yaşayanların hekayələrindən bəhs edən yazar nostalgiyanın niyə və necə müasir xəstəlik formasına çevrildiyindən danışır. Gəlir ədalətsizliyi, işsizlik, yadlaşma, narkotik və seks distopiyasının içində boğulan müasir gəncliyin iztirablarını elmi və ədəbi nöqteyi nəzərdən ələ alan yazar hadisələrə təkamülün gözü ilə baxaraq insanın niyə genetik və coğrafi determinizmin qurbanı olduğunu aydınlaşdırmağa çalışır.