Другие озвучки:
1984 в исполнении
Владимир Левашев 1984 в исполнении
Валерия Лебедева 1984 в исполнении
Иван Литвинов 1984 в исполнении
Давид Ломов 1984 в исполнении
Александр Клюквин 1984 в исполнении
Руслан Драпалюк 1984 в исполнении
Сергей Чонишвили 1984 в исполнении
Юрий Музыченко Версия для чтения:
Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Hüseyn Abbaszadə bədii yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlərlə başlamış və bu mövzuya daim sadiq qalmışdır. O, altmış ildən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyətinin məhsulu olan çox sayda əsərləri ilə ədəbiyyatımızın inkişafına öz töhfəsini vermişdir. Yazıçının iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova həsr olunmuş “General” romanı müharibə illərində Azərbaycan oğullarının qəhrəmanlığını bütün dolğunluğu ilə əks etdirən parlaq nəsr nümunəsidir. Həzi Aslanov bu romanda geniş və əhatəli planda təsvir olunmuşdur. Müharibədə iştirak etdiyi üçün romanda müharibə ilə bağlı səhnələrin təbiiliyi və inandırıcılığı diqqəti cəlb edir.