“Zümrüd quşu” sadə təbiətli, kişi xasiyyətli azərbaycanlı qadının həyat yolundan, taleyindən bəhs edir. Zümrüd quşu sözün əsl mənasında adsız el sənətkarıdır. O, ehtiram və hörmət etdiyi insanların şəklini qızıl ilmələr vasitəsilə rəngli xalılarda əks etdirir və əbədiləşdirir. Puşkinin surətini xalıya köçürür. Ümumiyyətlə, Zümrüd quşu demək olar ki, bütün əsər boyu təsvir və tərənnüm edilir. Zümrüd quşunun Puşkin ilə, Abbasqulu Ağa Bakıxanov ilə, Nina Çavçavadze ilə söhbətləri, ən nəhayəti, Ərzurumda əsgəri xidmətdə həlak olan ərinin cənazəsini Azərbaycana aparması ustalıqla, sənətkarlıqla rəsm edilmişdir.